​BMT məruzəçisi: "Bu il İranda edam olunanların sayı mindən çox ola bilər"

​BMT məruzəçisi: "Bu il İranda edam olunanların sayı mindən çox ola bilər" Əhməd Şahid: "Bəziləri "facebook" və başqa sosial şəbəkələrdəki yazılarına görə dar ağacından asılıblar"
Region
28 Oktyabr , 2015 20:40
​BMT məruzəçisi: Bu il İranda edam olunanların sayı mindən çox ola bilər

Bakı. 28 oktyabr. REPORT.AZ/ Ötən il İranda 753 nəfər edam olunub, bu il isə onların sayı min nəfərdən çox ola bilər.

"Report" "Spigel"ə istinadən xəbər verir ki, bunu BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Əhməd Şahid bildirib.

Onun sözlərinə görə, hər il İranda başqa ölkələrlə müqayisədə ölüm hökmlərinin icrasında artım müşahidə edilir: "Bu halların çoxunda bir qayda olaraq beynəlxalq hüquq pozulur".

BMT-nin məlumatına əsasən, bu ilin birinci yarısında edam edilənlərin 69 faizi narkotik maddələrlə bağlı olub: "Bəziləri "facebook" və başqa sosial şəbəkələrdəki yazılarına görə dar ağacından asılıblar".

Əhməd Şahid İran hakimiyyətini ciddi cinayətlər istisna olmaqla, edam hökmlərinin icrasına moratorium tətbiq etməyə çağırıb.  

Son xəbərlər

Orphus sistemi