BMT baş katibi İranı regionda gərginliyin artmasının qarşısını almağa çağırıb

BMT baş katibi İranı regionda gərginliyin artmasının qarşısını almağa çağırıb "Təhlükəsizlik Şurası 2231 saylı qətnaməsinə nə dərəcədə riayət olunmasıyla bağlı məlumatları yoxlayacaq"
Region
11 Mart , 2016 09:51
BMT baş katibi İranı regionda gərginliyin artmasının qarşısını almağa çağırıb

Bakı. 11 mart. REPORT.AZ/ İran Silahlı Qüvvələrinin ballistik raketlərin sınaq buraxılışını həyata keçirməsiylə bağlı informasiyanın yayılmasından sonra BMT baş katibi Pan Gi Mun rəsmi Tehranı təmkinli olmağa və regionda gərginliyin artmasının qarşısını almağa çağırıb.

"Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Pan Gi Munun hesabatında deyilir.

BMT baş katibi xatırladıb ki, birgə hərtərəfli fəaliyyət planının başlandığı gündən etibarən Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaların ləğvi haqqında qərar qəbul edib.

Plan 2015-ci ilin iyulunda İran və "altılıq qrupu" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ tərəfindən qəbul edilib.

"BMT baş katibi İranı nüvə silahı daşıya bilən ballistik raketlərdən istifadəni, eləcə də onların sınaq xarakterli olsa da, buraxılışlarını dayandırmağa çağırıb" - bəyanatda deyilir.

O, Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə nə dərəcədə riayət olunmasıyla bağlı məlumatları yoxlayacağını da sözlərinə əlavə edib.

Son xəbərlər

Orphus sistemi