BMT Baş Assambleyası Gürcüstandan olan məcburi köçkün və qaçqınlara dair qətnaməni təsdiq edib

BMT Baş Assambleyası Gürcüstandan olan məcburi köçkün və qaçqınlara dair qətnaməni təsdiq edib Qətnamə GUAM məkanında uzun müddət davam edən münaqişələr haqqında məsələnin müzakirəsinə həsr olunan iclasda qəbul edilib
Region
4 İyun , 2015 10:55
BMT Baş Assambleyası Gürcüstandan olan məcburi köçkün və qaçqınlara dair qətnaməni təsdiq edib

Bakı. 4 iyun. REPORT.AZ/ BMT Baş Assambleyası "Abxaziya və Cənubi Osetiyanın Tsxinvali regionundan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti" haqqında qətnaməni  təsdiq edib. "Report" BMT mətbuat xidmətinə istinadən xəbər verir ki, qətnamədə Gürcüstanda münaqişələr nəticəsində "demoqrafik vəziyyətin zorla dəyişdirilməsinin" yolverilməz olduğu qeyd olunur. Hazırda Gürcüstanda 262 min məcburi köçkün var. 

Qətnamə GUAM məkanında uzun müddət davam edən münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafı üçün nəticələri haqqında məsələnin müzakirəsinə həsr olunan iclasda 75 səs "lehinə", 3 səs "əleyhinə" və 78 "bitərəf" olmaqla qəbul edilib.

"Baş Assambleya etnik mənsubiyyətindən asılı olmayaraq, bütün məcburi köçkünlərin və qaçqınların, həmçinin onların varislərinin Gürcüstan ərazisinə, o cümlədən Abxaziya və Cənubi Osetiyanın Tsxinvali regionundakı evlərinə qayıtmaq hüququnu tanıyır", - qətnamədə deyilir.  

Baş Assambleya iştirakçıları "Gürcüstanda münaqişələrdən zərər çəkən bütün məcburi köçkünlərin mülkiyyət hüquqlarına riayət etmək və bu hüquqları pozmaqla əmlak əldə etməkdən çəkinməyin" vacibliyini  xatırladıb. 

Assambleya humanitar məqsədlərlə Gürcüstan ərazisindəki münaqişələrdən zərər çəkən rayonlarda yaşayan bütün məcburi köçkün və qaçqınlara maneəsiz yardım çatdırılmasını təmin etməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi