Bir milyondan çox iranlı tələbə rus dilini pulsuz öyrənəcək

Bir milyondan çox iranlı tələbə rus dilini pulsuz öyrənəcək Rusiya və İslam Respublikasının unversitetləri arasında imzalanan müqavilədə bu da nəzərdə tutulub
Region
26 May , 2016 11:39
Bir milyondan çox iranlı tələbə rus dilini pulsuz öyrənəcək

Bakı. 26 may. REPORT.AZ/ Bir milyondan çox iranlı tələbə rus dilini pulsuz öyrənmək imkanı qazanacaq.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda İranın Azad Universiteti ilə Rusiyanın "Sinergiya" Universiteti arasında təhsil sahəsində əməkdaşlığa dair imzalanan müqavilədə göstərilib.

"Müqavilədə İran universiteti tələbələrinin rus dilini öyrənmək üçün pulsuz kursa daxil olması ayrıca maddə olaraq, nəzərdə tutulub. Nəticədə isə bir milyondan çox iranlı tələbə rus dilini pulsuz öyrənmək imkanı əldə edəcək", - deyə, "Sinergiya" Universitetinin məsələ ilə bağlı yaydığı məlumatda vurğulanıb.

İranın Azad Universiteti 1982-ci ildə yaradılıb. Bu ali təhsil ocağında 1,7 milyon tələbə oxuyur. "Sinergiya" isə 1995-ci ildə təsis edilib.

Son xəbərlər

Orphus sistemi