Türkiyənin baş naziri: "Bir-birinin yerində gözü olanlar öz iş yoldaşları barədə xəbərçilik edir"

Türkiyənin baş naziri: "Bir-birinin yerində gözü olanlar öz iş yoldaşları barədə xəbərçilik edir" Binəli Yıldırım: "Ciddi dəlil-sübuta, fakta, məlumata dayanan xəbərləri dəyərləndirəcəyik"
Region
23 Sentyabr , 2016 16:13
Türkiyənin baş naziri: Bir-birinin yerində gözü olanlar öz iş yoldaşları barədə xəbərçilik edir

Bakı. 23 sentyabr. REPORT.AZ/ "Adını, ünvanını, kimliyini gizlədənlər həm zərər verir, həm də bürokratik aparatı məşğul edirlər".

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım cümə namazından çıxarkən Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı mübarizədən danışarkən bildirib.

"Bir-birinin yerində gözü olanlar, kimliklərini gizlədərək öz iş yoldaşları haqqında xəbərçilik edir, işə zərər vururlar. Təhlükəsizlik orqanlarına FETÖ-yə qarşı mübarizədə adını, ünvanını, kimliyini gizlədənlərin xəbərlərinin diqqətə alınmaması barədə göstəriş verəcəyik. FETÖ bəlası da başımıza belə gəldi. Ciddi dəlil-sübuta, fakta, məlumata dayanan xəbərləri dəyərləndirəcəyik", - deyə baş nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi