​Bəşşar Əsəd PKK-nın Suriyadakı qoluna 4 təyyarə silah göndərib

​Bəşşar Əsəd PKK-nın Suriyadakı qoluna 4 təyyarə silah göndərib Silahların hansı ölkədə istehsal edildiyi haqda məlumat verilməyib
Region
9 Fevral , 2016 13:15
​Bəşşar Əsəd PKK-nın Suriyadakı qoluna 4 təyyarə silah göndərib

Bakı. 9 fevral. REPORT.AZ/ Bəşşar Əsəd rejimi terrorçu PKK-nın Suriyadakı qollarından sayılan "YPG"-yə 4 təyyarə silah-sursat göndərib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda İranın "Fars" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, fevralın 8-də gecə saatlarında Suriyanın Haseke əyalətinin Kamışlı bölgəsindəki hava limanına silah-sursat dolu 4 təyyarə enib.

Xəbərdə bildirilib ki, bu silah-sursat terrorçu İŞİD-in nəzarəti altında olan əl-Şadadi qəsəbəsinin geri alınması ilə bağlı keçiriləcək əməliyyatda istifadə ediləcək.

Silahların hansı ölkədə istehsal edildiyi haqda məlumat verilməyib.

Qeyd edək ki, Rusiya rəsmiləri çıxışlarında kürd silahlılarına silah-sursat yardımı etdiklərini dəfələrlə açıqlayıblar. ABŞ da bu qruplaşmaya silah göndərdiyini gizlətmir. 

Son xəbərlər

Orphus sistemi