Bakı. 18 fevral. REPORT.AZ/ Beş dövlətin Türkiyədəki səfirləri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü ABŞ, Britaniya, Fransa, Rusiya və Çinin Türkiyədəki səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar.
Fevralın 17-də Ankarada törədilən terrorla bağlı vəziyyətin onların diqqətinə çatdırıldığı ehtimal edilir.