​Belçika öz vətəndaşlarına Türkiyəyə gedərkən ayıq olmağı tövsiyə edir

​Belçika öz vətəndaşlarına Türkiyəyə gedərkən ayıq olmağı tövsiyə edir Turistlərdən səfəröncəsi Türkiyə haqqında xəbərləri izləmək xahiş olunur
Region
29 İyun , 2016 21:58
​Belçika öz vətəndaşlarına Türkiyəyə gedərkən ayıq olmağı tövsiyə edir

Bakı. 29 iyun. REPORT.AZ/ Belçikanın Xarici İşlər Nazirliyi (XİN) İstanbul aeroportunda baş verən partlayışla əlaqədar vətəndaşlarına Türkiyəyə gedərkən ayıq-sayıq olmağı tövsiyə edib.

"Report"un məlumatına görə, XİN yaxın həftələrdə və aylarda ölkədə yeni terror hücumlarının ola biləcəyini istisna etmir.

Nazirliyin internet saytında yerləşdirilən səyahətçilərə tövsiyələrdə Türkiyədə olan belçikalı turistlərin aviaşirkətlə əlaqə saxlamaları və yerli hökumətin təlimatlarına əməl etmələri xahiş olunur.

"Çərşənbə axşamı "Atatürk" hava limanında olan belçikalılardan ailələrini sakitləşdirmək üçün onlarla əlaqə saxlamaları xahiş olunur", — deyə tövsiyələrdə bildirilir.

XİN, eyni zamanda turistlərdən səfəröncəsi Türkiyə ilə bağlı məlumatları və Belçika hökumətinin tövsiyələrini izləmələrini, yerlərdə isə yerli administrasiyaların təlimatlarına əməl etmələrini və insanların sıx olduğu yerlərdən uzaq durmalarını istəyir.

Son xəbərlər

Orphus sistemi