Bakı. 26 may. REPORT.AZ/ Belarus prezidenti Aleksandr Lukaşenkonun anası vəfat edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Natalya Eysmont bildirib. Bu səbəbdən, Aleksandr Lukaşenkonun Pakistana səfəri təxirə salıb.
"Prezidenti Pakistana səfəri iki gün ertələnib", - o, vurğulayıb.
Qeyd edək ki, mayın 26-27-də Belarus prezidentinin Pakistana iki günlük rəsmi səfəri planlaşdırılmışdı.