Belarus prezidenti MDB-nin perspektivindən narahat olduğunu bildirib

Belarus prezidenti MDB-nin perspektivindən narahat olduğunu bildirib Aleksandr Lukaşenko: "Ölkələrimiz tərəfindən inteqrasiyanın inkişafının yekunlarından narazılıqla bağlı əsaslandırılmış tənqidlər çoxalıb"
Region
28 Oktyabr , 2016 12:29
Belarus prezidenti MDB-nin perspektivindən narahat olduğunu bildirib

Bakı. 28 oktyabr. REPORT.AZ/ "Çoxsaylı tənqidi suallar yığılıb qaldığından MDB və Avrasiya İqtisadi İttifaqının perspektivi Belarusda narahatlıq doğurur".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko MDB və Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin hökumət təmsilçiləri ilə görüşdə vurğulayıb.

"Ölkələrimiz tərəfindən inteqrasiyanın inkişafının yekunlarından narazılıqla bağlı əsaslandırılımış tənqidlər çoxalıb. Ticarətlə bağlı həyəcanlı siqnallar eşidilir", - deyə Belarusun dövlət başçısı bildirib.

Qeyd edək ki, bu görüşdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov da iştirak edib.

Son xəbərlər

Orphus sistemi