​Bəhreyn kralının müşaviri: "İsa Qasimin İranın layihəsinin bir hissəsi olduğu təsdiqləndi"

​Bəhreyn kralının müşaviri: "İsa Qasimin İranın layihəsinin bir hissəsi olduğu təsdiqləndi" Bəhreyn kralının müşaviri iranlı generala cavab verib
Region
21 İyun , 2016 15:02
​Bəhreyn kralının müşaviri: İsa Qasimin İranın layihəsinin bir hissəsi olduğu təsdiqləndi

Bakı. 21 iyun. REPORT.AZ/ "İsa Qasimin İranın layihəsinin bir hissəsi və İran İnqilab Keşikçiləri Qvardiyası ilə əlaqəsi olduğu təsdiqləndi".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Bəhreyn kralı Hamad bin-İsa Əl-Xəlifənin media üzrə müşaviri Nabil bin-Yaqub Al-Hammer deyib. 

Qeyd edək ki, İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdəki "Qüds" qolunun komandanı, general Qasım Süleymani Şeyx İsa Qasiminin Bəhreyn vətəndaşlığından çıxarılmasına sərt reaksiya vermişdi. General bu addımı İsa Qasimə qarşı təzyiq kimi qiymətləndirmişdi: "Bəhreyn kralı qəti olaraq bilməlidir ki, Şeyx İsa Qasimiyə toxunmaq "qırmızı xətt"dir. Krallığın bu xətti keçməsi isə bütövlükdə bölgənin alovlandırılmasıdır. Belə bir şəraitdə xalqın silahlı müqavimət göstərməkdən başqa yolu qalmayacaq".

Xatırladaq ki, iyunun 20-də Bəhreyn hakimiyyəti Şeyx İsa Qasimin ölkə vətəndaşlığından çıxarılması haqqında qərar qəbul edib.

"Qasim məzhəbçilik və iğtişaşla bağlı təbliğat apararaq, xarici qüvvələrin maraqlarının təmin edilməsi istiqamətində fəaliyyət göstərir, Bəhreynin düşmənləri ilə davamlı olaraq, əlaqə saxlayırdı", - deyə krallığın Daxili İşlər Nazirliyi İsa Qasimin vətəndaşlıqdan çıxarılması ilə bağlı yaydığı bəyanatda vurğulayıb.

Son xəbərlər

Orphus sistemi