Baş nazirin müavini: "Türkiyədə dövlət çevrilişi cəhdinə görə 9 194 nəfər saxlanılıb"

Baş nazirin müavini: "Türkiyədə dövlət çevrilişi cəhdinə görə 9 194 nəfər saxlanılıb" "Məhkəmənin qərarı ilə 2 592 nəfər barəsində həbs qətimkan tədbiri seçilib"
Region
21 İyul , 2016 16:12
Baş nazirin müavini: Türkiyədə dövlət çevrilişi cəhdinə görə 9 194 nəfər saxlanılıb

Bakı. 21 iyul. REPORT.AZ/ "Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində ümumilikdə 9 194 nəfər saxlanılıb". 

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bildirib. 

Hökumət sözçüsü deyib ki, məhkəmənin qərarı ilə 2 592 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

N.Kurtulmuş vurğulayıb ki, 2 277 hakim və prokuror saxlanılıb: Onlardan 1 270-i barəsində həbs qətimkan tədbiri seçilib, 730 nəfər hələlik müvəqqəti saxlanma məntəqəsindədir. Bundan başqa, 6 823 hərbçi saxlanılıb. Onlardan 1 457-si barəsində həbs qətimkan tədbiri seçilib, 246 nəfəri polis nəzarətnə verilib, 87-si sərbəst buraxılıb". 

Son xəbərlər

Orphus sistemi