Baş nazirin müavini: "Türkiyədə 27 715 nəfərin müəllimlik fəaliyyətinə xitam verilib"

Baş nazirin müavini: "Türkiyədə 27 715 nəfərin müəllimlik fəaliyyətinə xitam verilib" "455 müəllim araşdırmalardan sonra işinə bərpa edilib"
Region
19 Sentyabr , 2016 19:52
Baş nazirin müavini: Türkiyədə 27 715 nəfərin müəllimlik fəaliyyətinə xitam verilib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra 27 715 nəfərin müəllimlik fəaliyyətinə xitam verilib. 

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Nurəddin Canikli Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, FETÖ ilə əlaqədə şübhəli sayılan 9 464 müəllim vəzifəsindən kənarlaşdırılıb, 455 müəllim isə araşdırmalardan sonra işinə bərpa edilib. 

Son xəbərlər

Orphus sistemi