​Baş katib: "NATO Türkiyə ilə 2016-cı ildə raketdən müdafiə sisteminin ölkədə qalmasını müzakirə edir"

​Baş katib: "NATO Türkiyə ilə 2016-cı ildə raketdən müdafiə sisteminin ölkədə qalmasını müzakirə edir" Stoltenberq: "Alyans Rusiyanın Suriyadakı hərəkətlərindən narahatdır"
Region
6 Oktyabr , 2015 15:50
​Baş katib: NATO Türkiyə ilə 2016-cı ildə raketdən müdafiə sisteminin ölkədə qalmasını müzakirə edir

Bakı. 6 oktyabr. REPORT.AZ/ NATO Türkiyə ilə Patriot sisteminin gələn il də ölkə ərazisində saxlanılması imkanlarını müzakirə edir. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq Brüsseldə oktyabrın 8-də Alyansın müdafiə nazirlərinin görüşü ərəfəsində mətbuat konfransında bildirib.

Patriot batareya sistemləri 2013-ci ilin fevralından Türkiyədə yerləşdirilib. Bu qərarı ABŞ Dövlət Departamenti Suriya hökumət qüvvələri tərəfindən müttəfiqinə qarşı mümkün hava və raket zərbələrindən onu qorumaq üçün ehtiyac yarandığı ilə izah edirdi.

Stoltenberq Alyansın Rusiyanın Suriyadakı hərəkətlərindən narahat olduğunu bildirərək, Rusiya təyyarələrinin hava zərbələrini "İslam Dövləti" yaraqlılarına deyil, Suriya müxalifətinə endirdiyi qənaətində olduğunu deyib.

Baş katib vurğulayıb ki, NATO Rusiyanın Suriyada yalnız Hərbi Hava Qüvvələrini deyil, həmçinin də hərbi dəniz kontingentini gücləndirdiyini müşahidə edir: "Mən dəqiq rəqəmlər səsləndirməyəcəm, lakin onu deyə bilərəm ki, Rusiya Suriyada öz hərbi iştirakını əhəmiyyətli dərəcədə gücləndirir".

Son xəbərlər

Orphus sistemi