Bakı. 6 may. REPORT.AZ/ Azərbaycanın Böyük Vətən müharibəsi veteranları Qələbə gününün 71-ci ilini qeyd etmək üçün Sankt-Peterburqda keçiriləcək bayram tədbirlərinə qatılacaq.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, ümumilikdə bayram tədbirində Avstriya, Azərbaycan, Ermənistan, Belarus, Almaniya, Gürcüstan, İsrail, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, ABŞ, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, Çexiya və Estoniyadan 97 veteran iştirak edəcək.
Mayın 9-da veteranlar Saray meydanında keçiriləcək Qələbə paradında iştirak edəcək. Axşam saatlarında isə onlar üçün təntənəli şam yeməyi və konsert proqramı təşkil olunacaq.
Veteranlar, həmçinin Leninqrad müdafiəçilərinə həsr olunmuş memoriala baş çəkəcək.