Azərbaycanlı iş adamı Türkiyədə hücuma məruz qalıb, sürücüsü öldürülüb - FOTO

Azərbaycanlı iş adamı Türkiyədə hücuma məruz qalıb, sürücüsü öldürülüb - FOTO Rövşən Əliyev xəstəxanaya yerləşdirilib
Region
18 Avqust , 2016 03:35
Azərbaycanlı iş adamı Türkiyədə hücuma məruz qalıb, sürücüsü öldürülüb - FOTO

Bakı. 18 avqust. REPORT.AZ/ Türkiyədə baş vermiş silahlı insident zamanı azərbaycanlı iş adamı yaralanıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə İstanbulda baş verib.

Belə ki, Barbaros Bulvarında, otellərdən birindəki toplantıdan dövlət seriya nişanı "90 ND 011" nişanlı avtomobillə ayrılan azərbaycanlı iş adamı bir avtomobillə otelin önünə gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb.

Nəticədə iş adamı Rövşən Əliyev və adı hələlik məlum olmayan sürücü yaralanıb. 

İş adamına hücum etmiş silahlı şəxslər hadisə yerindən qaçıblar.

Əraziyə çoxlu sayda polis və təcili yardım gəlib. Rövşən Əliyev və sürücüsü xəstəxanaya aparılıb.

Həkimlərin səylərinə baxmayaraq sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Polis cinayətkarların axtarışına başlayıb. 

Foto: "Habertürk"

Son xəbərlər

Orphus sistemi