​Azərbaycanlı Dərbənd merinin səlahiyyətlərinin icraçısı təyin edilib

​Azərbaycanlı Dərbənd merinin səlahiyyətlərinin icraçısı təyin edilib Şəhər meri İmam Yaraliyev öz istəyi ilə istefa verib
Region
12 Avqust , 2015 04:09
​Azərbaycanlı Dərbənd merinin səlahiyyətlərinin icraçısı təyin edilib

Bakı. 12 Avqust. REPORT.AZ/ Dərbəndin istefa vermiş meri İmam Yaraliyevin səlahiyyətlərinin icraçısı vəzifəsinə azərbaycanlı Azadi Rəhimov təyin olunub.

"Report" xəbər verir ki, bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İmam Yaraliyev çərşənbə axşamı, avqustun 11-də öz istəyi ilə Dərbənd rəhbəri və deputatların şəhər məclisinin sədri səlahiyyətlərinin dayandırması haqqında qərar imzalayıb. Həmin qərarla Azadi Rəhimov Dərbənd merinin səlahiyyətlərinin icraçısı təyin edilib.

Son xəbərlər

Orphus sistemi