Azərbaycandan qaçaqmalçılıq yoluyla Dağıstana aparılan kənd təsərrüfatı məhsullarının idxalının qarşısı alınıb

Azərbaycandan qaçaqmalçılıq yoluyla Dağıstana aparılan kənd təsərrüfatı məhsullarının idxalının qarşısı alınıb Saxlanılan yükün ümumi çəkisi 58 tona bərabər olub
Region
5 Mart , 2016 15:09
Azərbaycandan qaçaqmalçılıq yoluyla Dağıstana aparılan kənd təsərrüfatı məhsullarının idxalının qarşısı alınıb

Bakı. 5 mart. REPORT.AZ/ Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin ("Rosselxoznadzor") Dağıstan Respublikasındakı İdarəsi Azərbaycandan qaçaqmalçılıq yoluyla Dağıstana aparılan kənd təsərrüfatı məhsullarının idxalının qarşısını alıb. Saxlanılan yükün ümumi çəkisi 58 tona bərabər olub.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə İdarənin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, kənd təsərrüfatı məhsulları partiyasında məhsulların Türkiyə mənşəli olduğunu göstərən qeyd təsbit edilib. Digər partiyalarda isə ümumiyyətlə heç bir qeyd olmayıb.

Son xəbərlər

Orphus sistemi