​Azərbaycana qaçan ermənilərin Ermənistanda məhkəməsinin tarixi təyin edilib

​Azərbaycana qaçan ermənilərin Ermənistanda məhkəməsinin tarixi təyin edilib Onlar irəli sürülən ittihamları rədd edir
Region
18 Avqust , 2015 18:51
​Azərbaycana qaçan ermənilərin Ermənistanda məhkəməsinin tarixi təyin edilib

Bakı. 18 avqust. REPORT.AZ/ Ermənistan-Azərbaycan sərhədini pozaraq, könüllü şəkildə Azərbaycan tərəfə keçmiş 52 yaşlı Ermənistan vətəndaşı Yegişe Gevorkyan və həyat yoldaşı Ruzannanın məhkəməsinin ikinci iclası avqustun 28-də keçiriləcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Ararat (Ağrı) vilayəti məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bu il avqustun 13-də keçirilən məhkəmə iclasında Yegişe Gevorkyan və həyat yoldaşı Ruzanna vəkildən imtina edib.

Gevorkyanlar Ermənistan Respublikası Cinayət Məcəlləsinin 329-cu maddəsinin 1-ci hissəsinə (uyğun sənəd və icazə olmadan Ermənistan sərhədlərini keçmək) əsasən ittiham olunurlar.

Maddə maksimum 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. İş üzrə Yegişe və həyat yoldaşı Ruzanna Gevorkyanlar cütlüyü təqsirləndirilirlər. Onlar irəli sürülən ittihamları rədd edir.

Xatırladaq ki, bir ailənin üzvü olan Ermənistan vətəndaşları Yegişe və həyat yoldaşı Ruzanna, övladları Alfred, Qayane və Petros Gevorkyanlar 2010-cu ilin yanvar ayında könüllü şəkildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə keçiblər. 2014-cü ilin dekabrında isə onlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyilə Ermənistana geri qaytarılıb.

Son xəbərlər

Orphus sistemi