Bakı. 28 noyabr. REPORT.AZ/ Həştərxanda müxtəlif ölkələrin gömrük xidməti ekspertlərinin işçi görüşü keçiriləcək. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, görüş 30 noyabr - 4 dekabr tarixlərində baş tutacaq.
Federal gömrük xidmətinin görüşündə Rusiya, İran, Türkmənistan, Azərbaycan, Qazaxıstan və Hindistan ekspertləri iştirak edəcək.
Tərəflər "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasını müzakirə edəcək.