Dağıstan baş nazirinin müavini: "Azərbaycan Dərbəndin 2000 illik yubiley tədbirlərinə öz töhfəsini verəcək"

Dağıstan baş nazirinin müavini: "Azərbaycan Dərbəndin 2000 illik yubiley tədbirlərinə öz töhfəsini verəcək" Şəhərin yubiley tədbirlərində Azərbaycan nümayəndə heyəti iştirak edəcək
Region
2 Sentyabr , 2015 11:07
Dağıstan baş nazirinin müavini: Azərbaycan Dərbəndin 2000 illik yubiley tədbirlərinə öz töhfəsini verəcək

Bakı. 2 sentyabr. REPORT.AZ/ "Azərbaycan Dərbəndin 2000 illik yubiley tədbirlərinə öz töhfəsini verəcək".

"Report" xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Dağıstanın baş nazirinin birinci müavini Anatoli Karibov bildirib. 

Onun sözlərinə görə, Azərbaycan tərəfi bir neçə obyektlərin yenidən bərpa olunmasına xeyli miqdarda vəsait xərcləyib və xərcləməkdə davam edir. "İlk növbədə, bu Heydər Əliyev küçəsi, daha sonra Nizami Gəncəvi parkı, eləcə də Əliyev küçəsindəki məktəb-internatdır. Hazırda Dərbənddə yeni Azərbaycan teatrının yenidən bərpası və ya tikintisi ilə bağlı məsələ həll olunur. Ehtimal ki, yeni teatrın binası 2018-ci ilə qədər tikiləcək". 

O, həmçinin qeyd edib ki, Dərbəndin 2000 illik yubiley tədbirlərində Azərbaycanın rəsmi şəxsləri də daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən çoxsaylı qonaqların iştirakı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi