Avstriya Gürcüstanda səfirlik açıb

Avstriya Gürcüstanda səfirlik açıb Avstriyanın Azərbaycandakı səfiri bundan sonra həm də Gürcüstan səfirliyinə rəhbərlik etməyəcək
Region
26 Avqust , 2016 10:38
Avstriya Gürcüstanda səfirlik açıb

Bakı. 26 avqust. REPORT.AZ/ Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex bundan sonra ölkəsinin, həm də iqamətgahı Bakıda olan Gürcüstan səfirliyinə rəhbərlik etməyəcək.

"Report" "Qruziya-Online" portalına istinadən xəbər verir ki, Avstriya Xarici İşlər Nazirliyi Tbilisidə səfirlik açmaq qərarına gəlib.

Adıçəkilən ölkənin Gürcüstandakı yeni səfiri Arad Benko olacaq. Diplomat artıq etimadnaməsinin surətini qonşu ölkənin xarici işlər naziri Mixail Canelidzeyə təqdim edib.

Son xəbərlər

Orphus sistemi