​Avropaya keçmək istəyən qaçqınların qayığı batıb, iki uşaq ölüb

​Avropaya keçmək istəyən qaçqınların qayığı batıb, iki uşaq ölüb Türkiyə Sahil Mühafizə Xidmətinin əməkdaşları suda boğulan bir uşağı həyata qaytarıblar
Region
27 Noyabr , 2015 11:32
​Avropaya keçmək istəyən qaçqınların qayığı batıb, iki uşaq ölüb

Bakı. 27 noyabr. REPORT.AZ/ Türkiyənin Muğla əyalətinin Bodrum rayonunda Yunanıstana keçmək istəyən qayığın batması nəticəsində 2 azyaşlı uşaq ölüb. 

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, qayıqda bir neçəsi uşaq olmaqla, 17 nəfər olub. Onlar qaçaq yolla Türkiyədən Yunanıstanın İstanköy (Kos) adasına keçmək istəyiblər. Sağ qalan mühacirləri Türkiyə Sahil Mühafizə Xidmətinin əməkdaşları xilas edib.

Xəbərdə bildirilib ki, onlar suda boğulan bir uşağı həyata qaytarıblar.

Xilas edilən qaçqınlar Bodrumdakı dövlət xəstəxanasına yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi