​Avropa Şurasının baş katibi prokurorun qətlini qınayıb

​Avropa Şurasının baş katibi prokurorun qətlini qınayıb Torbyorn Yaqland: "Biz terrorçuluğa və terrorçuların hədəflərinə qarşı birgə mübarizə aparmalıyıq"
Region
1 Aprel , 2015 17:54
​Avropa Şurasının baş katibi prokurorun qətlini qınayıb

Bakı. 1 aprel. REPORT.AZ/ "İstanbulda prokurorun terrora məruz qalmasını şiddətlə qınayıram". "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Avropa Şurasının baş katibi Torbyorn Yaqland İstanbul prokuroru Mehmet Selim Kirazın qətli ilə bağlı verdiyi başsağlığında vurğulayıb.

"Prokuror Kiraz və iki basqınçının öldürüldüyü dünənki girov götürmə böhranı sübut etdi ki, Türkiyə və bir sıra Avropa dövlətini bu gün ekstremizm təhdid edir. Siyasi və radikal dinçilər bizim demokratik cəmiyyətimizi istiqrarsızlaşdırmağa çalışırlar. Biz terrorçuluğa və terrorçuların hədəflərinə qarşı birgə mübarizə aparmalıyıq", - o bildirib.

Baş katib Türkiyə xalqına, terror nəticəsində həyatını itirən prokurorun ailəsinə başsağlığı verib.

Son xəbərlər

Orphus sistemi