Avropa Şurasının baş katibi Ermənistanda insan haqlarına hörmət etməyə çağırıb

Avropa Şurasının baş katibi Ermənistanda insan haqlarına hörmət etməyə çağırıb Yaqland: "Mən Ermənistanda baş verənləri həyəcanla izləyirəm"
Region
30 İyul , 2016 05:56
Avropa Şurasının baş katibi Ermənistanda insan haqlarına hörmət etməyə çağırıb

Bakı. 30 iyul. REPORT.AZ/ Avropa Şurasının (AŞ) baş katibi Turbyorn Yaqland İrəvanda baş verənlərdən narahatçılığını ifadə edib.

"Report" xəbər verir ki, bu barədə baş katibin bəyanatında deyilir.

"Mən AŞ üzvü olan Ermənistanda baş verən hadisələri həyəcanla izləyirəm. Orada artıq bir neçə gündür ki, silahlı dəstə İrəvanın polis bölməsində insanları girov saxlayır. Xatırlatmaq istərdim ki, qanunun aliliyi prinsipini əsas tutan ölkələrdə bütün münaqişələr demokratik norma və standartlara riayət olunmaq şərti ilə siyasi dialoq yolu ilə həll edilməlidir", - deyə Yaqland bildirib.

Yaqland bütün münaqişə tərəflərini "bu təhlükəli vəziyyətə son qoymağa və demokratik vasitələrin tətbiqinə qayıtmağa" çağırıb.

"Demokratiya, insan haqları və qanun aliliyi qələbə çalmalı, sərbəst toplaşmaq azadlığına tam riayət olunmalıdır", - deyə Yaqland bildirib.

Son xəbərlər

Orphus sistemi