Avropa Parlamenti sentyabrda Gürcüstan vətəndaşları üçün vizaların ləğv edilməsinə səs verə bilər

Avropa Parlamenti sentyabrda Gürcüstan vətəndaşları üçün vizaların ləğv edilməsinə səs verə bilər Bunu Avropa Parlamentinin Beynəlxalq İşlər üzrə Komitəsinin sədri Elmar Brok bildirib
Region
12 İyul , 2016 15:05
Avropa Parlamenti sentyabrda Gürcüstan vətəndaşları üçün vizaların ləğv edilməsinə səs verə bilər

Bakı. 12 iyul. REPORT.AZ/ Avropa Parlamenti bu ilin sentyabrında Gürcüstan vətəndaşlarına Avropa İttifaqına üzv dövlətlərə qısamüddətli səfərlər üçün vizasız rejimin təmin edilməsinə səs verə bilər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin Beynəlxalq İşlər üzrə Komitəsinin sədri Elmar Brok bildirib.

"Ümid edirəm ki, bu, sentyabr ayında baş verəcək", - deyə E.Brok Brüsseldə gürcüstanlı jurnalistin sualını cavablandırarkən deyib.

Xatırladaq ki, Avropa Parlamentinin Beynəlxalq İşlər üzrə Komitəsinin üzvlərinin əksəriyyəti bu il iyulun 7-də Ukrayna və Gürcüstan vətəndaşları üçün vizasız rejimin təmin edilməsinə dair səs verib. Komitənin təsdiqindən sonra bu məsələ Avropa Parlamentində səsverməyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi