Avropa Parlamenti 39 gündən sonra Türkiyəyə nümayəndə göndərir

Avropa Parlamenti 39 gündən sonra Türkiyəyə nümayəndə göndərir Bu, dövlət çevrilişinə cəhdən sonra Avropadan Türkiyəyə ilk ziyarət olacaq
Region
22 Avqust , 2016 20:23
Avropa Parlamenti 39 gündən sonra Türkiyəyə nümayəndə göndərir

Bakı. 22 avqust. REPORT.AZ/ Avropa Parlamentinin (AP) rəsmi nümayəndələri dövlət çevrilişinə cəhdən sonra Türkiyəyə ilk ziyarətlərini avqustun 23-də reallaşdıracaqlar.

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, bu barədə Avropa Parlamentinin Brüsseldə yerləşən ofisindən bildirilib.

Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati Pirinin ofisindən yayılan yazılı açıqlamada deyilir ki, K.Piri və Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Elmar Brok sabah Türkiyədə görüşlər keçirəcəklər. Onlar Ankaraya səfər zamanı dövlət və hökumət nümayəndələri, müxalifət partiyaları və ictimai təşkilatların rəhbərləri ilə müzakirələr aparacaqlar.

Ümumiyyətlə, bu, dövlət çevrilişinə cəhdən 39 gün sonra Avropadan Türkiyəyə ilk ziyarət olacaq. Fətullahçı terror təşkilatının (FETÖ) bu il iyunun 15-də dövlət çevrilişinə cəhdindən sonra Ankaraya gerçəkləşən bu səfər avqustun 25-dək davam edəcək. Məqsəd Türkiyədəki mövcud vəziyyət barədə məlumat əldə etməkdir.

Xatırladaq ki, Türkiyə Avropa Birliyini və Avropa Parlamentini terror məsələsində Ankaraya yetərincə dəstək verməməkdə günahlandırır və bu təşkilatları dövlət çevrilişinə cəhdən sonra ölkəyə səfər reallaşdırmamağa görə tənqid edir. 

Son xəbərlər

Orphus sistemi