​Avropa Məhkəməsinin Böyük Palatası "Doğu Perinçek İsveçrəyə qarşı" işi üzrə qərarını açıqlayacaq

​Avropa Məhkəməsinin Böyük Palatası "Doğu Perinçek İsveçrəyə qarşı" işi üzrə qərarını açıqlayacaq Artıq on ildən çoxdur bu işə fasilələrlə baxılır
Region
12 Oktyabr , 2015 15:11
​Avropa Məhkəməsinin Böyük Palatası Doğu Perinçek İsveçrəyə qarşı işi üzrə qərarını açıqlayacaq

Bakı. 12 oktyabr. REPORT.AZ/ Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatası oktyabrın 15-də "Doğu Perinçek İsveçrəyə qarşı" işi üzrə qərarını açıqlayacaq. Bu barədə "Report" AİHM-nin mətbuat xidmətinə istinadən xəbəb verir.

Artıq on ildən çoxdur bu işə fasilələrlə baxılır.

Qeyd edək ki, Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçek 2005-ci ildə İsveçrədə bir neçə konfranslarda iştirak edərkən öz çıxışlarının birində Osmanlı İmperiyasında baş verən qondarma "erməni soyqırımı"nı "beynəlxalq yalan" adlandırıb. Bundan sonra "İsveçrə-Ermənistan" Assosiasiyası türk siyasətçisini məhkəməyə verib. 2007-ci ildə Lozanna məhkəməsi Perinçeki irqi ayrıseçkilikdə təqsirli bilib, lakin o, 2008-ci ildə bu qərardan AİHM-yə şikayət edərək İsveçrəni söz azadlığını pozmaqda günahlandırıb.

2013-cü ildə AİHM Perinçekin şikayətini təmin edib. 2014-cü ilin martında İsveçrə qərardan apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi