Bakı. 3 sentyabr. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini və qurumun genişlənmə üzrə komissarı Yohannes Xan sentyabrın 9-da Türkiyəyə səfər edəcəklər.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Federika Moqerini Aİ-yə üzv dölətlərin xarici işlər nazirlərinin Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən qeyri-rəsmi görüşündən sonra jurnalistlərə bildirib.
"Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömər Çeliklə 28 ölkənin XİN baçıları arasında keçirilən danışıqda bütün aktual problemlər haqda açıq və səmimi müzakirə oldu. Biz miqrasiya ilə bağlı müqavilə də daxil olmaqla əvvəlcə əldə etdiyimiz razılaşmanı həyata keçirmək niyyətində olduğmuzu təsdiqlədik", - deyə F.Moqerini vurğulayıb.