Avropa İttifaqı Şurasının sədri Donald Tuskun Gürcüstana səfəri təxirə salınıb

Avropa İttifaqı Şurasının sədri Donald Tuskun Gürcüstana səfəri təxirə salınıb O, iyulun 14-dən 16-dək Gürcüstan və Ermənistana səfər edəcəkdi
Region
13 İyul , 2015 17:42
Avropa İttifaqı Şurasının sədri Donald Tuskun Gürcüstana səfəri təxirə salınıb

Bakı. 13 iyul. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Şurasının sədri Donald Tuskun Gürcüstana səfəri təxirə salınıb.

"Report" xəbər verir ki, bu haqda Gürcüstanın "Rustavi 2" televiziyası məlumat yayıb.

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin dəvəti ilə Donald Tusk iyulun 14-də Tbilisiyə ikigünlük səfər etməli idi.

Məlumata görə, Yunanıstandakı vəziyyətlə bağlı səfər təxirə salınıb.

Gürcüstan Prezidenti Administrasiyasının başçısı bildirib ki, səfərin tarixi başqa vaxta dəyişdirilib. Amma o, səfərin dəqiq tarixini açıqlamayıb. 

Xatırladaq ki, Donald Tusk iyulun 14-dən 16-dək Gürcüstan və Ermənistana səfər edəcəkdi.  

Son xəbərlər

Orphus sistemi