Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb İttifaqa üzv olan dövlətlərə Rusiyadan ərzaq məhsulları ixracı da qadağan edilib
Region
22 İyun , 2015 13:56
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Bakı. 22 iyun. REPORT.AZ/ Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini 2016-cı il yanvarın 31-dək uzadıb.

"Report" "BBC"-yə istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqının (Aİ) təmsilçisi Süzan Kiefer qurumun rəsmi "twitter" səhifəsində yazıb.

Bir müddət öncə Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond bildirmişdi ki, Minsk razılaşmasına əməl etmədiyi üçün Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaların müddəti daha 6 ay uzadılacaq.

Qeyd edək ki, iyunun 19-da Aİ Krımı ilhaq etdiyi üçün Rusiyaya qarşı sanksiyanın müddətinin bir il uzadılması haqda qərar qəbul edib.

Sanksiyaya əsasən, birliyə üzv olan dövlətlərə Rusiyadan ərzaq məhsulları ixracı da qadağan edilib.

Son xəbərlər

Orphus sistemi