Avropa İttifaqı Rusiya və Ukrayna vətəndaşlarına qarşı sanksiyanın müddətini uzadıb

Avropa İttifaqı Rusiya və Ukrayna vətəndaşlarına qarşı sanksiyanın müddətini uzadıb Bu sanksiya Rusiya və Ukrayna vətəndaşı olan 150 fiziki və 37 hüquqi şəxsə tətbiq edilir
Region
13 Mart , 2015 14:14
Avropa İttifaqı Rusiya və Ukrayna vətəndaşlarına qarşı sanksiyanın müddətini uzadıb

Bakı. 13 mart. REPORT.AZ/ Avropa İttifaqı Şurası Rusiyaya qarşı sanksiyaların müddətinin sentyabrın 15-dək uzadılması haqda qərar qəbul edib.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda Şuranın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu sanksiya Rusiya və Ukrayna vətəndaşı olan 150 fiziki və 37 hüquqi şəxsə tətbiq edilib.

Xatırladaq ki, Ukrayna vətəndaşları arasında separatçıların liderləri, ölkənin keçmiş prezidenti və onun yaxın tərəfdarlarının adları yer alıb.

Son xəbərlər

Orphus sistemi