​Avropa İttifaqı məhkəməsi İranın şikayətini təmin etməyib

​Avropa İttifaqı məhkəməsi İranın şikayətini təmin etməyib Qurum ölkənin neft şirkətinə qarşı sanksiyanın qanunauyğun olduğunu təsdiqləyib
Region
1 Mart , 2016 17:08
​Avropa İttifaqı məhkəməsi İranın şikayətini təmin etməyib

Bakı. 1 mart. REPORT.AZ/ "İran Milli Neft Şirkətinə qarşı 2012-ci ilin oktyabrından 2016-cı ilin yanvarınadək tətbiq edilən sanksiyalar qanunauyğun idi".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqının şirkətin sanksiya ilə əlaqədar apellyasiya şikayəti ilə bağlı qərarında bildirilib.

Beləliklə, İranın apellyasiya şikayəti təmin edilməyib.

2012-ci il oktyabrın 16-da Avropa İttifaqı Şurası İranın şübhəli nüvə proqramı ilə əlaqələrinə görə İran Milli Neft Şirkətinin hüquqi şəxslərinə qarşı sanksiya tətbiq etmiş, onların vəsaitlərini dondurmuşdu.

İslam Respublikasının nüvə proqramı ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesabatından sonra Avropa İttifaqı bu il yanvarın 16-da sanksiyaları ləğv edib.

İran şirkəti isə ona qarşı tətbiq olunan sansksiyaları əsassız sayaraq, bununla bağlı birliyin məhkəməsinə şikayət etmişdi. 

Son xəbərlər

Orphus sistemi