​Avropa İttifaqı Gürcüstanla viza rejiminin ləğv olunması haqda qərarın qəbulunu təxirə salıb

​Avropa İttifaqı Gürcüstanla viza rejiminin ləğv olunması haqda qərarın qəbulunu təxirə salıb Avropalı diplomat: "Sadəcə olaraq, biz daha ehtiyatlı olmaq istəyirik"
Region
2 İyun , 2016 14:01
​Avropa İttifaqı Gürcüstanla viza rejiminin ləğv olunması haqda qərarın qəbulunu təxirə salıb

Bakı. 2 iyun. REPORT.AZ/ Avropa İttifaqı Gürcüstanla viza rejiminin ləğv olunması haqda qərarın qəbulunu təxirə salıb.

"Report" "Deutsche Welle"ə istinadən xəbər verir ki, Avropa İttifaqına üzv dövlətlərin təmsilçiləri Brüsseldə toplanaraq məsələni müzakirə ediblər. 

Müzakirələrin sonunda Gürcüstanla viza rejiminin ləğv olunması haqda qərarın qəbulunun təxirə salınması haqda razılığa gəlinib. 

Tədbirdə iştirak edən diplomatlardan biri deyib ki, vizanın ləğvi ilə bağlı proses tam dayandırılmayacaq: "Sadəcə olaraq, biz daha ehtiyatlı olmaq istəyirik. Biz miqrant axınının artacağından ehtiyatlanırıq".

Qeyd edək ki, Gürcüstan vətəndaşlarının "Şengen müqaviləsi"nə qoşulan dövlətlərə vizasız səfər etməsi məsələsini Almaniya və Fransa dəstəkləyir.

Son xəbərlər

Orphus sistemi