Bakı. 12 oktyabr. REPORT.AZ/ Rusiyanın Suriya ərazisindəki hədəflərə uzunmənzilli raketlərlə zərbələr endirməsi beynəlxalq aviasiya təşkilatları və aviaşirkətlərin narahatlığına səbəb olub. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.
Belə ki, Avropa aviasiya təhlükəsizliyi agentliyi
"Suriya ərazisinə çatana qədər bu raketlər Xəzər dənizi, İran və İraq hava məkanını keçərək, kommersiya uçuşlarını həyata keçirən hava daşıyıcıları tərəfindən istifadə olunan yüksəkliklərdən aşağı yüksəklikdə uçurlar", - agentliyin məlumatında deyilir. Bununla yanaşı Avropa aviasiya təhlükəsizliyi agentliyi xüsusi tövsiyələr verməyib, lakin yaxın gələcəkdə münaqişə regionunda vəziyyətin dəyişəcəyi təqdirdə belə tövsiyələrin hazırlana biləcəyi qeyd olunub.
Bu bölgələrə uçuşlar həyata keçirən bir sıra aviaşirkətlər öz marşrutlarını dəyişib. "Die Welt" qəzetinin məlumatına görə Fransanın Air France şirkəti İran və Xəzər dənizi üzərindən uçuşlar həyata keçirərkən xüsusi təhlükəsizlik tədbirləri görür. Bundan əlavə, aviaşirkət Ukraynanın şərqinə, Yəmən, Suriya, İraq və Liviyaya uçuşlarını dayandırıb.
Eyni zamanda, şənbə günü vəziyyətin monitorinqini aparan Avropanın "Eurocontrol" agentliyi regionda uçuş marşrutlarının əhəmiyyətli dərəcədə dəyişilməsinin baş vermədiyini qeyd edib.