Avropa aviaşirkətləri İrana uçuşları bərpa edir

Avropa aviaşirkətləri İrana uçuşları bərpa edir Eyni zamanda "Peugeot" da İran bazarına qayıtmaq niyyətində olduğunu bəyan edib
Region
28 Yanvar , 2016 13:46
Avropa aviaşirkətləri İrana uçuşları bərpa edir

Bakı. 28 yanvar. REPORT.AZ/ Avropanın bəzi aviaşirkətləri 5 illik fasilədən sonra İrana uçuşları bərpa etməyi planlaşdırır. "Report" AP-yə istinadən xəbər verir ki, bu barədə İran Mülki Aviasiya İdarəsinin rəis müavini Məhəmməd Hodakərami məlumat verib.

Onun sözlərinə görə, çərşənbə axşamı Tehrana səfəri zamanı Böyük Britaniyanın "British Airways" aviaşirkətinin nümayəndələri uçuşların bərpasını müzakirə edib. M.Hodakərami onu da qeyd edib ki, "Air France" və KLM artıq İrana uçuşları yenidən həyata keçirməyə hazır olduqlarını bildiriblər.

Xatırladaq ki, Avropa aviaşirkətkəri İranın nüvə proqramı ilə bağlı beynəlxalq sanksiyaların tətbiqindən sonra İrana uçuşları dayandırmışdı.

Eyni zamanda AFP-nin məlumatına görə, bu gün Fransanın aparıcı avtomobil istehsalçılarından olan "Peugeot" da İran bazarına qayıtmaq niyyətində olduğunu bəyan edib. Şirkət 400 milyon avroluq razılaşamaya hazır olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi