​Avropa Komissiyasının sədr müavini Türkiyəyə səfər edəcək

​Avropa Komissiyasının sədr müavini Türkiyəyə səfər edəcək Səfər çərçivəsində Türkiyədən Avropaya keçən qaçqınların miqrasiyasının azaldılması məsələsi müzakirə olunacaq
Region
7 Yanvar , 2016 16:13
​Avropa Komissiyasının sədr müavini Türkiyəyə səfər edəcək

Bakı. 7 yanvar. REPORT.AZ/ Avropa Komissiyası sədrinin birinci müavini Frans Timmermans yanvarın 10-da Türkiyəyə səfər edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Frans Timmermans Niderlanda səfəri öncəsi bildirib.

Məlumata görə, səfər çərçivəsində Türkiyədən Avropaya keçən qaçqınların sayının azaldılması ilə bağlı rəsmi Ankaranın öhdəliklərinin yerinə yetirilməsi müzakirə olunacaq.

Qeyd edək ki, miqrasiya prosesinin qarşısının alınması üçün Avropa İttifaqı Türkiyəyə 2016-cı ildə 3 milyard avro yardım edəcək. 

Son xəbərlər

Orphus sistemi