ATOR sədri: "Bu il Rusiya və Türkiyə arasında çarter reysləri həyata keçirilməyəcək"

ATOR sədri: "Bu il Rusiya və Türkiyə arasında çarter reysləri həyata keçirilməyəcək" Maya Lomidze: "Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra rusiyalı turistlərin bu ölkəyə marağı azalıb"
Region
19 İyul , 2016 13:09
ATOR sədri: Bu il Rusiya və Türkiyə arasında çarter reysləri həyata keçirilməyəcək

Bakı. 19 iyul. REPORT.AZ/ "Bu il Rusiya və Türkiyə arasında çarter reysləri həyata keçirilməyəcək". 

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) sədri Maya Lomidze bildirib.  

Onun sözlərinə görə, Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra rusiyalı turistlərin bu ölkəyə marağı azalıb: "Ancaq buna baxmayaraq, Türkiyəyə turpaket alanlar səyahətlərindən vaz keçməyiblər". 

M.Lomidze iyulun 14-də Türkiyə və Rusiya nümayəndə heyətləri arasında keçirilən toplantıda tərəflər turistlərin istirahət mərkəzlərindəki təhlükəsizliyinin təmin edilməsi məsələsini müzakirə edib və nəticədə Türkiyənin türistlər üçün təhlükəli sayılan ərazilərinin siyahısının təqdim olunması ilə bağlı razılığa gəliblər. 

Son xəbərlər

Orphus sistemi