ATƏT Parlament Assambleyasının baş katibi Gürcüstanda səfərdədir

ATƏT Parlament Assambleyasının baş katibi Gürcüstanda səfərdədir Üç gün davam edəcək səfər çərçivəsində bir sıra görüşlər nəzərdə tutulub
Region
18 Yanvar , 2015 04:03
ATƏT Parlament Assambleyasının baş katibi Gürcüstanda səfərdədir

BAKI. 18 yanvar. REPORT.AZ/ ATƏT Parlament Assambleyasının 2016-cı ildə yaz sessiyasının açılışı Tbilisidə olacaq.

"Report" AzərTAc-a istinadla xəbər verir ki, bunu jurnalistlərə Tbilisidə səfərdə olan ATƏT PA-nın baş katibi Spenser Oliver Gürcüstan xarici işlər nazirinin müavini David Dondu ilə görüşdən sonra bildirib.

Baş katib deyib ki, nazir müavini ilə görüşdə ikitərəfli münasibətlərin inkişafı, eləcə də regiondakı münaqişələrin həlli yolları müzakirə olunub.

ATƏT PA-nın baş katibi Gürcüstana yanvarın 16-da səfərə gəlib. Üç gün davam edəcək səfər çərçivəsində onun bir sıra görüşlər keçirməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi