​ATƏT PA-nın növbəti sessiyası Tbilisidə keçiriləcək

​ATƏT PA-nın növbəti sessiyası Tbilisidə keçiriləcək Toplantıda 57 ölkədən 700-ə yaxın deputat iştirak edəcək
Region
18 Dekabr , 2015 14:00
​ATƏT PA-nın növbəti sessiyası Tbilisidə keçiriləcək

Bakı. 18 dekabr. REPORT.AZ/ Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyasının 25-ci sessiyası gələn il iyulun 1-dən 5-dək Gürcüstan paytaxtı Tbilisidə keçiriləcək.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu hökumətin iclasında ölkənin baş naziri İrakli Qaribaşvili bildirib.

Məlumata görə, sessiyada 57 ölkədən 700-ə yaxın deputat iştirak edəcək.

Qeyd edək ki, ATƏT PA-nın sessiyası hər ilin iyulunda keçirilir.

Xatırladaq ki, qurumun 23-cü sessiyası 2014-cü ilin iyulunda Bakıda keçirilib. 

Son xəbərlər

Orphus sistemi