Bakı. 25 iyun. REPORT.AZ/ "
"Report" ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, bunu ATƏT-in demokratik insitutlar və insan haqları üzrə bürosunun direktoru Mixael Georq Link bildirib.
O, rəsmi Yerevanı güc tətbiqindən, şübhəli həbslər, qərəzli mühakimələr etməkdən çəkinməyə çağırıb.
Xatırladaq ki, iyunun 19-dan Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı etiraz aksiyaları keçirilir. Müxtəlif şəhər və rayonlarda minlərlə insan küçələrə çıxaraq hökumətin qərarına etirazını bildirir. İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zor tədbiq etməklə dağıdıb və 237 aksiya iştirakçısı həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Aksiya davam edir.