Astanada Qazaxıstan prezidentinin inauqurasiya mərasimi keçirilir

Astanada Qazaxıstan prezidentinin inauqurasiya mərasimi keçirilir Mərasimdə xarici ölkə nümayəndələri, Qazaxıstanın ictimai və siyasi xadimləri iştirak edir
Region
29 Aprel , 2015 10:29
Astanada Qazaxıstan prezidentinin inauqurasiya mərasimi keçirilir

Bakı. 29 aprel. REPORT.AZ/ Astanada Qazaxıstan prezidenti Nursultan Nazarbayevin inauqurasiya mərasimi keçirilir.

"Report" xəbər verir ki, Müstəqlillik Sarayında keçirilən mərasimdə xarici ölkələrin rəsmi nümayəndələri, Qazaxıstanın siyasi və ictimai xadimləri iştirak edir.

N.Nazarbayev, əlini Konstitusiyaya qoyaraq, ölkənin rifahı naminə xidmət edəcəyinə and içib. 

Xatırladaq ki, aprelin 26-da keçirilən növbədənkənar prezident seçkilərində N.Nazarbayev 97,75% səs toplayıb. Onun opponentləri - kommunistlərin lideri Turqun Sızdıkov 1,62%, müstəqil namizəd Abelqazi Kusainov isə 0,64% səs toplaya bilib. 

Son xəbərlər

Orphus sistemi