​ASALA: Dünya yenidən türk diplomatlarının qətlinin şahidi ola bilər

​ASALA: Dünya yenidən türk diplomatlarının qətlinin şahidi ola bilər Beynəlxalq siyasi proseslər türk diplomatlarının qətli ilə nəticələnə bilər
Region
25 Mart , 2015 15:22
​ASALA: Dünya yenidən türk diplomatlarının qətlinin şahidi ola bilər

Bakı. 25 mart. REPORT.AZ/ ASALA öz fəaliyyətini hələ də davam etdirir, lakin bu mərhələdə silahlı mübarizə komponenti hələ ki, tətbiq edilmir.

"Report"un "ArmToday"ə istinadən verdiyi xəbərə görə, bunu keçirilən mətbuat konfransında "Van" əməliyyatının iştirakçısı, ASALA-nın üzvü Vazgen Sislyan deyib.

Onun sözlərinə görə, təşkilatın əsas məqsədi "Türkiyənin işğal etdiyi erməni torpaqlarını qaytarmaq və Ermənistan ərazisini bərpa etməkdən ibarətdi".

V.Sislyan qeyd edib ki, hələlik məqsədə çata bilməyiblər və ASALA bu yöndə fəaliyyətini davam etdirmək fikrindədir.

Bununla yanaşı, ASALA üzvü əlavə edib ki, son illər baş verən beynəlxalq siyasi proseslər Türkiyə səfirliklərinin zəbt edilməsi və türk diplomatlarının qətli ilə nəticələnə bilər.

Xatırladaq ki, 1981-ci il sentyabrın 24-də ASALA-nın terror qruplaşmaları "Van" əməliyyatı çərçivəsində Parisdə fəaliyyət göstərən Türkiyə konsulluğunu zəbt etmiş və 15 saat ərzində 56 nəfəri girov saxlayaraq onlardan birini qətlə yetirmişdi.

1970-1980-ci illər ərzində ASALA türk diplomatlarına qarşı bir sıra terror aktları törətmiş və bunun nəticəsində 100-dən artıq müxtəlif millətlərin sıravi vətəndaşları həlak olmuş və ya yaralanmışdı.  

Son xəbərlər

Orphus sistemi