Antalyada təhlükəsizlik tədbirlərinə 12 min nəfər cəlb edilib

Antalyada təhlükəsizlik tədbirlərinə 12 min nəfər cəlb edilib Xüsusilə hava limanında yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülür
Region
8 Noyabr , 2015 13:39
Antalyada təhlükəsizlik tədbirlərinə 12 min nəfər cəlb edilib

Bakı. 8 noyabr. REPORT.AZ/ Türkiyə hökuməti noyabrın 15-16-da Antalyada keçiriləcək “G-20” ölkələri liderlərinin sammiti ilə əlaqədar geniş təhlükəsizlik tədbirləri həyata keçirir.

Bu mühüm tədbirlə əlaqədar Antalyaya gəlməsi nəzərdə tutulan 13 min iştirakçının təhlükəsizliyinin təmin olunması üçün 12 min polis və jandarma cəlb edilib.

Antalya valisi Muammer Türker “G-20” zirvə görüşünün Türkiyə Respublikası üçün böyük əhəmiyyət daşıyan mötəbər tədbir olduğunu bildirib. O, sammitlə əlaqədar xüsusilə hava limanında yüksək səviyyədə təhlükəsizlik tədbirlərinin görüldüyünü vurğulayıb.

Son xəbərlər

Orphus sistemi