Antalyada avtobusda bomba həyəcanı

Antalyada avtobusda bomba həyəcanı Polis əməkdaşları sərnişinləri sürətlə təxliyə edərək, hadisə yerinə minaaxtaranları çağırıblar
Region
10 Avqust , 2015 21:06
Antalyada avtobusda bomba həyəcanı

Bakı. 10 avqust. REPORT.AZ/ Türkiyənin Antalya vilayətindən Diyarbakır şəhərinə səfər edən avtobusa partlayıcı qurğunun yerləşdirildiyə dair məlumat sərnişinlər arasında ciddi həyəcana səbəb olub.

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, avtobusu saxlayan polis əməkdaşları sərnişinləri sürətlə təxliyə edərək, hadisə yerinə minaaxtaranları çağırıblar.

Təxminən bir saat davam edən axtarışa xüsusi təlim görmüş itlər cəlb edilib. Bombanın tapılıb tapılmadığına dair məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi