Bakı. 30 dekabr. REPORT.AZ/ Türkiyə paytaxtı Ankarada keçirilən aniterror əməliyyatı nəticəsində iki intiharçı-terrorçu tutulub.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Ankara Prokurorluğu məlumat yayıb.
Məlumata görə, onlar Yeni il gecəsi Ankaranın Qızılay meydanında partlayış törətməyi planlaşdırırmışlar.
Prokurorluğun məlumatına görə, onlar Türkiyəyə Suriyadan keçiblər.