Bakı. 27 iyul. REPORT.AZ/ Türkiyədə Fetullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdinin ardından Ankara Respublika Baş Prokurorluğunun icra etdiyi istintaq işi çərçivəsində saxlanılan 54 hərbçi ilə 8 hakim və prokuror həbs olunub.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, həmçinin Ali Hərbi Məhkəmənin 4 üzvü məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
FETÖ-nün çevriliş cəhdinin ardından başladılan istintaq çərçivəsində saxlanılan 10 hakim və prokurordan 8-i həbs olunub, 2-si sərbəst buraxılıb.