Ankarada qanlı terror aktının törədildiyi meydanın adı dəyişdirilib

Ankarada qanlı terror aktının törədildiyi meydanın adı dəyişdirilib 99 nəfərin öldüyü ərazi "Demokratiya Meydanı" adlanacaq
Region
16 Oktyabr , 2015 00:13
Ankarada qanlı terror aktının törədildiyi meydanın adı dəyişdirilib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Türkiyə paytaxtında qanlı terror aktının törədildiyi meydanın adı dəyişdirilib.

"Report" "Milliyet" qəzetinə istinadən xəbər verir ki, Ankara Böyükşəhər Bələdiyyəsinin qərarına əsasən, paytaxtın Dəmir Yolu Vağzalının qarşısındakı sahə bundan belə "Demokratiya Meydanı" adlanacaq.

99 nəfərin öldüyü əraziyə "Sülh Meydanı"adının verilməsini təklif edən müxalifət partiyalarının təşəbbüsü isə hakim Ədalət və İnkişaf Partiyası tərəfindən dəstəklənməyib.

Son xəbərlər

Orphus sistemi