​Ankara jandarmı binası yaxınlığında silah-sursat aşkarlanıb

​Ankara jandarmı binası yaxınlığında silah-sursat aşkarlanıb Hadisəylə bağlı araşdırma aparılır
Region
25 Fevral , 2016 17:48
​Ankara jandarmı binası yaxınlığında silah-sursat aşkarlanıb

Bakı. 25 fevral. REPORT.AZ/ Türkiyənin paytaxtı Ankara şəhər jandarmı binasının 800 metrliyində naməlum şəxslər tərəfindən atılmış çoxlu sayda silah-sursat aşkarlanıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə yerli əyalət valiliyindən bildirilib.

Məlumata görə, Ankara-Samsun avtomobil yolunun yaxınlığında şübhəli əşyalar müşahidə edilib. Əraziyə baxış keçirilən zaman oradan Rusiya istehsalı olan "AKM" avtomatı və onun 400 gülləsi, çoxlu sayda pulemyot gülləsi, iki qumbara, iki partlayıcı qurğu, 3 ədəd partlayıcı paket aşkarlanaraq götürülüb.

Hadisəylə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi