Almaniya XİN başçısı: "Bundestaqın qətnaməsi məcburi hüquqi qüvvəyə malik deyil"

Almaniya XİN başçısı: "Bundestaqın qətnaməsi məcburi hüquqi qüvvəyə malik deyil" Frank-Valter Ştaynmayer: "Parlamentin siyasi məsələlərə mövqe bildirmək hüququ var"
Region
2 Sentyabr , 2016 15:08
Almaniya XİN başçısı: Bundestaqın qətnaməsi məcburi hüquqi qüvvəyə malik deyil

Bakı. 2 sentyabr. REPORT.AZ/ "Bundestaqın erməni "soyqırımı" haqqında qəbul etdiyi qətnamə məcburi hüquqi qüvvəyə malik deyil".

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer ölkə parlamentinin 2016-cı il iyunun 2-də qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirirərkən deyib.

"Əlbəttə, Almaniya Bundestaqının siyasi məsələlərə öz mövqeyini bildirmək hüququ var. Ancaq bütün qətnamələrin məcburi hüquqi qüvvəsi yoxdur", - deyə, nazir vurğulayıb.

Qeyd edək ki, iyunun 2-də Bundestaq 1915-ci ildə Osmanlı dövlətində  ermənilərlə bağlı baş vermiş hadisə haqqında qətnamə qəbul edib. 

Son xəbərlər

Orphus sistemi